Millimiz Bakıda məğlub oldu
22 Avqust 2010 Bazar 00:00
Basketbolçularımız İsveç yığmasına uduzub.
Basketbol üzrə Azərbaycan yığma komandası Avropa çempionatının “B” divizyonunda növbəti matçını keçirib. Elxan Əliyevin yetirmələri Sərhədçi Olimpiya İdman Mərkəzində İsveç seçməsini qəbul edib.

İsveç yığması ilk dəqiqələrdən oyuna aktiv başlayıb. Skandinaviyalıların oyundakı aktivliyi tezliklə hesabda da özünü büruzə verib (7-0). Bred Dinin yetirmələrindən fərqli olaraq millimizin üzvləri ilk dəqiqələr hücumu məntiqi sonluğa çatdırmaqda əziyyət çəkiblər. Amma bununla belə basketbolçularımız ruhdan düşməyərək rəqibin hesab arasındakı fərqi daha da artırmasına imkan verməyib. Nəticədə ilk 10 dəqiqəni komandamız 7 xal fərqi ilə, 21-28 hesabı ilə geridə bitirib. Amma Elxan Əliyev qısa fasilədə komandasını toparlaya bilib.

İkinci hissəyə basketbolçularımız aktiv başlayıb. Bu hissədə millimiz hətta hesabda irəlidə çıxıb. Sonda ikinci yarı 41-41 hesabı ilə başa çatıb. Amma komandamızın bundan artığına gücü çatmayıb. Üçüncü yarını 56-66 hesabı ilə geridə bitirən Azərbaycan yığması yekun nəticədə 73-101 hesablı məğlubiyyətlə razılaşmalı olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar