Millimiz azarkeşlərimizi sevindirməyə çalışacaq
02 Sentyabr 2011 Cümə 12:13
Budəfəki rəqib Avro-2012-yə vəsiqə uğrunda mübarizə aparan Belçika kollektividir
Bu gün milli komandamız Avro-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti qarşılaşmasına çıxacaq. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, millimiz Belçika yığmasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Azərbaycan - Belçika matçı saat 21-də start götürəcək.

Oyunu adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:
Baş hakim: Li Probert
Baş hakimin köməkçiləri: Simon Bek, David Riçardson
Dördüncü hakim: Maykl Lesli Din
(Hakimlər briqadası İngiltərədəndir)

Hakim-inspektor: Jan Fasunq (Avstriya)
UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan)

Xatırladaq ki, komandalar arasında Belçikada baş tutan ilk qarşılaşmada Belçika yığması millimizi 4:1 hesabı ilə məğlub etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar