Millimiz Avstriyada dördüncü oldu
02 Avqust 2010 Bazar Ertəsi 16:25
U-17 mini-turnirdə iştirak edib.
Avstriyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq prosesi çərçivəsində mini-turnirdə iştirak edib. Yığmamız qrupda “Dinqolfinq”, “Vakker Burqhauzen” və “Freylassinq” klublarının nəzdindəki 19 yaşadək futbolçulardan ibarət komandalarla qarşılaşıb.

“Dinqolfinq” və “Vakker Burqhauzen” komandaları ilə oyun 0:0, “Freylassinq”lə qarşılaşma isə 1:1 hesabı ilə (qol: Tural Hümbətov) yekunlaşıb. Mini-turnirin əsasnaməsinə uyğun olaraq, yığmamız yarımfinala vəsiqə qazanıb və “İnqolstadt” klubunun U-19 komandası ilə qarşılaşıb. Oyun 1:0 hesabı ilə yığmamızın rəqibinin xeyrinə başa çatıb. Üçüncü yer uğrunda oyunda isə komandamız “Auqsburq” klubunun 19 yaşlılardan ibarət yığmasına 1:2 hesabı ilə (qol: Elşən Abdullayev) məğlub olaraq turnirdə iştirak edən 8 komanda arasında 4-cü yeri tutub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar