Millimiz Avropa çempionatında 2-c yeri tutdu
31 Mart 2011 Cümə Axşamı 04:04
Turnirin ikinci günündə sərbəst güləşçilərimiz üç medal qazandılar
Almaniyanın Dortmund şəhərində güləş üzrə Avropa çempionatında sərbəst güləşçilərin yarışları başa çatıb. ANS PRESS-in məlumatına görə, Azərbaycan millisi turnirin ikinci günündə dörd medal qazanıb. Medallardan biri qızıl, üç bürüncdür.

Ən yüksək nəticəsini Cəbrayıl Həsənov (66 kq.) tutub və ikinqat Avropa çempionu olub. O, çempionluq yolunda Macarıstan, İtaliya, Macarıstan, Almaniya güləşçilərini və finalda bolqarıstanlı Leonid Bazanı məğlub edib.

Mahmud Maqomedov (55 kq.), Şərif Şərifov (84 kq.) və Cəmaləddin Maqomedov (120 kq.) isə bürünc mendal qazanıblar.

Xatırladaq ki, turnirin birinci günündə Xetaq Qazyumov qızıl medal qazanaraq, üçqat Avropa çempionu olmuşdu. Beləliklə, iki qızıl və üç bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında yalnız Rusiyadan geri qalıb və ikinci yeri tutub.

Bu gün Avropa çempionatında qadın güləşçilərin yarışı başlayır. Qadınların yarışında Azərbaycanı Mariya Stadnik (48 kq), Anjela Doroqan (51 kq), Patimat Baqomedova (51 kq, ehtiyat), Yarina Dubovska (55 kq), Kəmalə Əliyeva (55 kq, ehtiyat), Yuliya Ratkeviç (59 kq), Olesya Zamula (63 kq), Nadya Sementsova (67 kq), Dina İvanova (72 kq) təmsil edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar