Millimiz Avropa çempionatına vəsiqə qazandı
28 Fevral 2011 Bazar Ertəsi 01:01
Millimiz son turdu ispanlara məğlub olaraq, qrupda ikinci yeri tutub
Futzal üzrə Azərbaycan millii Avropa çempionatının seçmə mərhələsinin sonuncu turunda İspaniya yığmasına 8:3 hesabı ilə məğlub olub və qrupda ikinci yeri tutub. Beləliklə, qrupda bütün oyunları qələbə ilə başa vuran İspaniya yığması Avropa çempionatına qrup lideri kimi, Azərbaycan millisi isə ikinci pillənin sahibi olaraq vəsiqə qazanıb. Qazaxıstan millisi 3-cü, Fransa yığması isə sonuncu yeri tutub.

Azərbaycan-İspaniya oyunundan sonra İspaniya yığmasının baş məşqçisi Joze Venansio Lopes deyib ki, Azərbaycan millisi Avropanın 4 ən güclü komandasından biridir: “Mərhələ adladığına görə Azərbaycan millisini təbrik edir, təşkilatçılığa görə AFFA-ya minnətdarlığımı bildirirəm. Maraqlı və gərgin oyunun şahidi olduq. Qarşılaşmanı bu sayda azarkeşin izləməsi yaxşı haldır”.

Millimizin baş məşqçisi Joze Alesio Da Silva isə oyunun nəticəsindən razı qalmayıb: “Dünyanın ən güclü komandalarından birinə qarşı oynadıq. Böyük azarkeş dəstəyi vardı. Hesabdan razı qalmadım. Komandamızın yorğunluğu özünü göstərdi. Çoxlu səhvlərə yol verdik. Final mərhələsinə daha ciddi hazırlaşacağıq”.

Qeyd edək ki, futzal üzrə Avropa çempionatı 2012-ci ildə Xorvatiyada keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar