Millimiz Almaniyada darmadağın edildi
13 Noyabr 2011 Bazar 18:45
U-21 "Köln" klubu ilə qarşılaşmada 0:4 hesablı məğlubiyyət alıb.
Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Yığmamız «Köln» klubunun U-23 komandası ilə deyil, klubun əsas heyəti ilə qarşılaşıb. Oyun 4:0 hesabı ilə Almaniya təmsilçisinin xeyrinə başa çatıb.

Oyundan sonra yığmamızın baş məşqçisi Bernhard Lippert meydanda baş verənlərlə bağlı öz fikirlərini açıqlayıb: «Peşəkar komandaya qarşı mübarizə apardıq. Birinci hissədə ən yaxşı oyunlarımızdan birini nümayiş etdirdik. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Fasilədən sonra mövqe səhvlərinə yol verdik. 90 dəqiqə eyni səviyyədə, oyundan diqqəti yayındırmadan oynamaq çətindir. İkinci hissədə konsentrasiyanı itirdik. Bir sözlə, fasilədən sonra oyunumuzdan razı qalmadım».








DOSTLARINLA PAYLAŞ:

oyunlar