Çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün Dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib. AFFA-dan verilən məlumata görə, İspaniyanın Kastelyon şəhərində keçirilən qarşılaşmada komandamız Almaniya yığması ilə qarşılaşıb. Qarşılaşma milli komandamızın 5-2 hesabı qələbəsi ilə başa çatıb. Komandamızın 3 qoluna Elşad Quliyev, digər qollara isə İlham Əzizzadə və Hikmət Bağırov imza atıb.