Millimiz Almaniya klubunu məğlub edib
21 Fevral 2011 Bazar Ertəsi 23:41
Antalyada keçirilən qarşılaşmada 4 qol vurulub
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Almaniyanın TSV «Münhen 1860» klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 4:0 hesabı ilə yığmamızın qələbəsi ilə başa çatıb.

Elşən Abdullayevin dublu, Rizvan Umarov və Akif Tağıyevin isə hərəyə bir dəfə fərqlənməsi nəticəsində millimiz qələbəni təmin edə bilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar