Millimiz AÇ-nin seçmə mərhələsində Almaniyaya uduzdu
04 Avqust 2012 Şənbə 12:39
Çimərlik futbolu yığmamız qarşılaşmadan 3:2 hesablı məğlubiyyətlə ayrılıb.
Çimərlik futbolu üzrə Avropa çempionatının Almaniyanın Berlin şəhərində təşkil olunmuş seçmə mərhələsində Azərbaycan milli komandası ilk oyununu keçirib. ANS PRESS-in AFFA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, millimizin rəqibi Almaniya yığması olub.

Qarşılaşma 3:2 hesabı ilə almaniyalı futbolçuların xeyrinə başa çatıb. Millimizin heyətində Elvin Quliyev və Comərd Baxşəliyev fərqlənib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar