Millimiz ABŞ yığması ilə qarşılaşacaq
05 Noyabr 2011 Şənbə 17:23
21 yaşadək futbolçularımız üçün Almaniyada təlim-məşq toplanışı təşkil olunacaq.
Almaniyanın Duysburq şəhərində noyabrın 7-dən 15-ə qədər 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq.

ANS PRESS-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlıq prosesi çərçivəsində yığmamız noyabrın 11-də, Bakı vaxtı ilə saat 18:00-da ABŞ-ın U-20 yığması ilə, noyabrın 13-də, Bakı vaxtı ilə saat 15:00-da isə “Köln” klubunun U-23 komandası ilə yoldaşlıq oyunu keçirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar