Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib. İspaniyanın Kastelyon şəhərində təşkil olunan yarışda millimiz Portuqaliya yığması ilə qarşılaşıb. Gərgin keçmiş oyun Portuqaliya yığmasının 6-4 hesablı qələbəsi ilə başa çatıb. Milli komandamızın vurduğu 4 qolun 2-si Namiq Məmmədkərimovun ayağına yazılıb. Hikmət Bağırovla, Müslüm Hüseynov isə hərəyə bir dəfə fərqləniblər.
Qrupun digər oyununda Almaniya komandası Avstriya yığmasına 7-4 hesabı ilə qalib gəlib. İlk oyunların nəticələrinə görə, qrupa aktivində 3 xalı olan Portuqaliya yığması başçılıq edir. Eyni miqdarda xala malik Almaniya 2-cidir. Azərbaycan milli komandası isə 3-cü pillədə qərarlaşıb. Millimiz hələ ki xal qazana bilməyib. Qrup sonuncusu isə Avstriya yığmasıdır. Milli komandamız bu gün qrupda ikinci oyununu keçirəcək. Bu dəfə rəqib güclü Almaniya komandasıdır.
Qeyd edək ki, hər qrupda ilk iki yeri tutacaq komandalar Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar. /ANS TV/