Milli komandamız Gürcüstanla qarşılaşacaq
12 Mart 2010 Cümə 15:10
Qadın futbolçuların görüşü Rustavi şəhərində keçiriləcək
Qadınlardan ibarət Azərbaycan milli komandası Gürcüstan yığması ilə yoldaşlıq oyunları keçirəcək.
AFFA-dan verilən məlumata görə, ilk oyun martın 16-da, ikinci qarşılaşma isə 2 gün sonra baş tutacaq.

Hər iki yoldaşlıq oyunu Rustavi şəhərindəki “Foladi” stadionunda oynanılacaq. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar