Milli komandamız Almaniyaya gedir
02 Mart 2009 Bazar Ertəsi 11:10
Milli komandamız Frnakfurtda 4 günlük təlim-məşq toplanışı keçirəcək

Dünya Çempionatı 2010-un seçmə mərhələsi çərçivəsində martın 28-də Rusiya yığması ilə qarşılaşacaq Azərbaycan A Milli komandası bu gün Almaniyaya təlim-məşq toplanışına yollanır. AFFA-dan verilən məlumata görə, 4 gün davam edəcək təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunun keçirilməsi də nəzərdə tutulub. Milli komandamız Almaniyada “Kempinski” otelində qalacaq və martın 5-də axşam vətənə qayıdacaq. Millimizin təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı rəqib hələlik məlum deyil. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar