Milli komanda ruslarla qarşılaşacaq
29 Mart 2011 Çərşənbə Axşamı 18:20
Qarşılaşma Marbelya İdman Mərkəzində keçiriləcək
İspaniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün hazırlıq çərçivəsində son yoldaşlıq oyununu keçirəcək. Futbolçularımız Marbelya İdman Mərkəzində Rusiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan U-21 İspaniyadakı təlim-məşq toplanışında martın 24-də Qvineyanın U-21 yığmasını 1:0, martın 26-da isə UD Marbelya komandasını 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar