Milli çempionatımız yenidən start götürür
16 Oktyabr 2010 Şənbə 13:00
İlk olaraq “Qəbələ” “Muğan”ı sınağa çəkəcək.
Bu gün Unibank Premyer Liqasında IX tura start verilir. Çempionatda ilk olaraq 3 oyun baş tutacaq. Saat 15:00-da start götürəcək qarşılaşmada “Qəbələ” “Muğan”ı qəbul edəcək. AZAL – “İnter” qarşılaşması isə saat 16:30-da start götürəcək.

Günün son oyununda isə “Bakı” MOİK klubunu sınağa çəkəcək. Bu qarşılaşma 18:00-dan etibarən başlayacaq. Sabah isə “Turan – “Neftçi”, “Gəncə” – “Xəzər Lənkəran” və “Qarabağ” – “Simurq” matçları ilə IX tura yekun vurulacaq.

Xatırladaq ki, turnir cədvəlinə 19 xalla “Neftçi” klubu liderlik edir. “Xəzər Lənkəran” isə 18 xalla lideri izləyir. “İnter” isə 16 xalla üçüncü pillədə qərarlaşıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar