Milli çempionatda tarixi hadisə 
    25 Noyabr 2012 Bazar 17:20
    "Bakı" - "Neftçi" matçında milli çempionatlar tarixində 10 000-ci qol vurulub.
    
                	 
    
         Bu gün Azərbaycan Premyer Liqasının XIV turunda keçirilən "Bakı" - "Neftçi" matçında əlamətdar hadisə yaşanıb. Ötən əsrin 90-cı illərin əvvəlindən, daha doğrusu 1992-ci ildən keçirilən milli çempionatlar tarixində 10 000-ci qol vurulub. Bu qolun öz aktivinə "Bakı"nın kapitanı Elvin Məmmədov yazıb.
Qarşılaşma "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
DOSTLARINLA PAYLAŞ: