Milan Mario Balotellini transfer etdi
30 Yanvar 2013 Çərşənbə 03:03
Ulduz futbolçu Mario Balotelli ilə 2017-ci ilədək müqavilə imzalanacaq.
İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Mario Balotelli ən yaxın zamanda “Milan”ın oyunçusu olacaq. Bunu İtaliya klubunun direktoru Umberto Qandini deyib. Sövdələşmə futbolçu tibbi müayinədən keçdikdən sonra qüvvəyə minəcək. Tərəflər arasında razılıq isə artıq mövcuddur.

““Mançester Siti” ilə Balotellinin keçidi ilə bağlı müqavilə bağlanıb. Tibbi müayinə sabah (bu gün) Milanda olacaq. Futbolçunun klubla müqaviləsi 2017-ci ilədək nəzərdə tutulub”, - Usmberto Qandini Twitter-də yazıb.

KİV-in məlumatına görə, Mario Ballotellinin transferi 20 milyon avroya başa gəlib. “Football İtalia” yazır ki, futboçu maaşının 4 milyon avro azaldılmasına razılıq verib. Amma bu zaman gələcək bonuslar nəzərə alınmayıb.

Mario Balotelli ötən gün komanda yoldaşları ilə vidalaşıb və Milana yollanıb.

Qeyd edək ki, ulduz futbolçuya İtaliyanın “Napoli” və “Yuventus” klubları da iddia edirdi. 2010-cu ildə “Mançester Siti” Mario Balotellini “İnter”dən təxminən 28 milyon avroya almışdı.

Mario Balotelli İtaliya millisi ilə ötən ilin Avropa çempionatının gümüş mükfatçısı olub. O, millinin heyətində 16 dəfə meydana çıxıb və 5 qol vurub. Futbolçu “İnter”lə 2008-2010-cu illərdə İtaliya çempionu, 2010-cu ildə isə Çempionlar Liqasının qalibi olub. “Mançester Siti”də çıxış edən ulduz futbolçu ötən il İngiltərə çempionu adını qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar