Milan klubunun yeni baş məşqçisi Massimiliano Alleqri
26 İyun 2010 Şənbə 10:30
İtaliya klubunu bundan sonra Massimiliano Alleqri çalışdıracaq.
İtaliyanın “Milan” klubuna yeni baş məşqçi təyin edilib. Əvvəllər “Kalyari” klubunu çalışdıran Massimiliano Alleqri Milan təmsilçisi ilə müqavilə imzalayıb.

Razılaşmaya əsasən baş məşqçi 2012-ci ilədək “Milan”ı çalışdıracaq. “Milan” rəhbərliyi Frank Raykard və Marko van Basten kimi məşqçilərlə danışıqlar aparsa da sonda onlarla ortaq məxrəcə gəlmək baş tutmayıb.

Xatırladaq ki, “Milan” klubunun əvvəlki baş məşqçisi Leonardo uğursuz nəticəyə görə rəhbərlik tərəfindən istefaya göndərilmişdi. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar