Milan futbolçularına əyləncə qadağası
26 Fevral 2010 Cümə 17:00
Oyunlardan iki gün öncə əyləncə məkanlarına getmək olmaz!
Milanın əsas heyətində iştirak edən futbolçulara oyunlardan iki gün öncə bar, klub və əyləncə tədbirlərində iştirak etmək qadağan edilib.

Klubun vitse prezidenti Adriano Qalliani heç bir futbolçunun klubun maraqlarından və qərarlarından üstün olmadığını və hamının bu qaydalara əməl etməli olduğunu bildirib.

Klubun belə bir qərar qəbul etməsinə əsas səbəb kimi isə Ronaldiniyo barəsində mətbuatda yayılmış xəbərlər olub. Xatırladaq ki, “İnter”lə keçirilmiş qarşılaşmadan öncə futbolçunun kef məclislərindən birində əylənməsi uzun müddət İtaliya mətbuatının gündəmindən düşmürdü. Qalliani isə bu məsələnin klub daxilində həll olunacağını bildirmişdi. ANSPRES


DOSTLARINLA PAYLAŞ:

oyunlar