Milan derbidə İnter-ə qalib gəldi
15 Noyabr 2010 Bazar Ertəsi 03:05
Oyunun yeganə, “Milan”ın isə qələbə qolunu Zlatan İbrahimoviç vurub
“Milan” futbol klubu İtaliya çempionatının 12-ci turu çərçivəsindəki derbi qarşılaşmasında “İnter”ə qalib gəlib.

Eyni şəhərin komandalarının qarşılaşmasında “San-Siro” stadionunu nominal qonaqlar 1:0 hesablı qələbə ilə tərk ediblər. “Milan”ın qələbə topunu 5-ci dəqiqədə Zlatan İbrahimoviç vurub. “Barselona”nın keçmiş hücumçusu özünə qarşı Marko Materassi tərəfindən edilmiş kobudluqdan sonra penalti zərbəsini dəqiq yerinə yetirib.

60-cı dəqiqədən sonra “İnter” meydanda say üstünlüyü əldə edib: “Milan”ın yarımmüdafiəçisi İqtasio Abate ikinci sarı vərəqədən sonra meydandan qovulub. Bununla belə, meydan sahibləri heç hesabı da bərabərləşdirə bilməyiblər.

Bu oyundan sonra Massimiliano Alleqrinin komandası 26 xalla A seriyasında vahib liderdir. “İnter” isə 20 xalla turnir cədvəlinin 5-ci pilləsində qalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar