Milan Baroş İstanbuldan ayrılmaq istəmir
08 Avqust 2010 Bazar 13:00
"Qalatasaray" rəhbərliyi çexiyalı futbolçu Milan Baroş ilə müqavilənin müddətini uzadıb.
"Qalatasaray" Milan Baroşun müqaviləsinin müddətini uzadıb. İstanbul klubunun rəsmi saytında yer alan xəbərə görə, çex futbolçu 2 illik yeni anlaşmaya imza atıb. Onun anlaşmasının müddəti 2013-cü ildə başa çatacaq.
Qeyd edək ki, Milan Baroş "Qalatasaray"dan əvvəl Çexiyanın "Banik", İngiltərənin "Liverpul", "Aston Villa", "Portsmut" və Fransanın "Olimpik" (Lion) klublarında forma geyinib. 2008-ci ildən "sarı-qırmızılı" klubda 48 oyun keçirən forvard 31 qola imza atıb. Çexiyanın U-15, U-16, U-17, U-18 və U-21 yığmalarında forma geyinən Baroş 2001-ci ildən əsas milliyə dəvət alıb - 78 oyun, 38 qol. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: