Milan Baroş bu gün qayıdır!
14 Mart 2010 Bazar 03:35
Oktyabrın 25-dən meydandan uzaq qalan ulduz futbolçu Milan Baroş “Ankaragücü” ilə qarşılaşmaya çıxacaq
“Qalatasaray”da Milan Baroş sevinci yaşanır. Vurduğu qollarla “sarı-qırmızılar”ın sevimlisinə sevrilən çexiyalı futbolçu bu gündən yaşıl sahələrə qayıdır. Əgər son anda bir problem yaranmasa, o, bu gün “Ankaragücü” ilə qarşılaşmada qısa müddətə də olsa forma geyinə biləcək.

Oktyabrın 25-də “Fənərbaxça” ilə oyunda ayaq sümüyü sınan Milan Baroş iki dəfə əməliyyat olunub və 136 gün futboldan uzaq qalıb. “Qalatasaray”ın baş məqşçisi Frank Raykaard onun son məşqlərdəki performansını bəyənib və həkimlər futbolçunun oyunlara təxminən 30 dəqiqə meydanda qala biləcəyi barədə rəy veriblər. Bu gün “Ankaragücü” ilə qarşılaşmaya Jo ilə başlayacaq “sarı-qırmızılar”ın heyətinə oyunun sonlarına yaxın Milan Baroş da qoşulacaq.

Yeri gəlmişkən, sarı kart cəzalısı olan Arda Turanın yerinə bu günkü oyunda meydançaya Dos Santos, “Eskişehirspor”la qarşılaşmada gözlənilən oyunu göstərə bilməyən Sərvət və Ayhanın yerinə isə isə Emre Güngöor və Mustafa Sarpa şans verilməsi gözlənilir.

ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar