Mihael Ballak Almaniya yığması ilə vidalaşır
16 İyun 2011 Cümə Axşamı 17:17
Mihael Ballak milli komandanın forması ilə sonuncu dəfə Braziliyaya qarşı oynayacaq.
Futbol üzrə Almaniya yığma komandasının baş məşqçisi Yoahim Löv bir daha Mihael Ballakı komandaya çağırmayacağını bildirib. ANS PRESS-in “Associated Press”ə istinadən verdiyi məlumata görə, baş məşqçi artıq öz qərarını Ballakın diqqətinə çatdırıb.

Almaniya seçmə komandasının sabiq kapitanı komandanın heyətində vida matçını keçirəcək. Ballakın vida matçı avqustun 10-da Braziliya komandasına qarşı oyunda olacaq. Ballak bu matçda meydana kapitan sarğısında çıxacaq.

Xatırladaq ki, Mihael Ballak Almaniya seçmə komandasının heyətində 1999-cu ildə debüt edib. O, 2000, 2004, 2008-ci il Avropa çempionatlarında iştirak edib. Yığmanın heyətində 42 qol vuran futbolçu Dünya Çempionatı-2006-nın bürünc medala da sahib çıxıb. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar