Michel Platini Azerbaycan futbolundan danışdı
21 Sentyabr 2013 Şənbə 12:25
Michel Platini: İlham Aliyev Azerbaycanın dünya çempionu olmağını isteyir.
“İlham Əliyev Azərbaycanın dünya çempionu olmağını istəyir.” Bu sözləri UEFA prezidenti Michel Platini AFFA-nın Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa olunacaq təlim-məşq bazasının təməlqoyma mərasimində çıxışı zamanı deyib.

ANS PRESS-in verdiyi məlumata görə, UEFA prezidenti ölkə başçısı ilə görüşdüyünü və bir neçə mövzu ilə bağlı söhbət etdiklərini bildirib: “İlham Əliyev Azərbaycanın dünya çempionunu olmağını istədiyini deyib. Mən də öz növbəmdə bu məsələnin elə də asan olmadığını və uğur əldə etmək üçün uşaq futboluna önəmin artırılmasının lazım olduğunu bildirdim”.




DOSTLARINLA PAYLAŞ:

oyunlar