Mesut Özil “Real”a transfer olub
17 Avqust 2010 Çərşənbə Axşamı 19:50
Madridin “Real” klubu “Verder” rəhbərliyi ilə türk futbolçu Mesut Özilin transferi barədə razılıq əldə edib.
APA-nın məlumatına görə, “Verder” klubu yaydığı yazılı açıqlamada Mesut Özilin komandadan ayrılacağını və “Real”la müqavilə imzalayacağını bəyan edib. İspaniya mətbuatı “Real”ın Mesut Özillə 6 illik müqavilə imzalayacağını və oyunçunun müqabilində “Verder”ə 15 milyon avro ödəyəcəyini yazır. Xatırladaq ki, Mesut Özil Almaniya milli komandasında oynayır. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar