Messiyə 250 milyonluq təklif gəldi 
    27 Dekabr 2012 Cümə Axşamı 17:32
    Ulduz futbolçunu heyətinə qatmaq istəyən Rusiya klubunun adı açıqlanmır.
    
                	 
    
         İspaniyanın "Barselona" klubunun argentinalı forvardı Lionel Messiyə yeni transfer təklifi gəlib. ANS PRES-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Rusiya klublarından biri onu 250 milyon avroya heyətinə qatmaq istəyib. 
Futbolçuya üç illik və ildə 30 milyon avroluq müqavilə üstəlik bonus təklif edilib. O isə bu təklifdən imtina edb. 
Əfsanəvi futbolçunun hansı klubun almaq istədiyi açıqlanmır. Ona təklif "Barcelona" ilə müqaviləni uzadılacağı vaxtda edilib. Messi isə köhnə klubu ilə razılaşmasını 2018-ci ilə kimi uzatmağı seçib. 
Messinin agenti olan atasının sözlərinə görə, futbolçu Rusiyaya gəlməkdən hava şərtləri, dil baryeri və tənhalıq hiss edəcəyinə görə, imtina edib. 
DOSTLARINLA PAYLAŞ: