Messinin geyimi satıldı
18 Dekabr 2012 Çərşənbə Axşamı 16:39
Hərraca çıxarılan formanı "Lokomotiv"in baş məşqçisi alıb.
Dünyanın ən tanınmış futbolçusu Messi futbol geyimini satıb. ANS PRESS-in məlumatına görə, onun köynəyi hərraca çıxarılıb. Xorvatiyada keçirilən hərracda geyimi Moskvanın "Lokomotiv" klubunun məşqçisi Slaven Biliç alıb. Lionel Messinin imzası olan geyimə görə o, 90 min kun (təqribən 10 000 avro) ödəyib.

Xorvatiya yığmasının yarımmüdafiəşisi və Kiyevin "Dinamo"sunun oyunçusu 28 yaşlı Niko Krançar isə öz formasını xeyriyyə hərracında 50 min kuna satıb. "Tottenhem"in eks futbolçusunun formasını Xorvatiya yığmasının üzvü İqor Ştim alıb.

Ümumilikdə hərrac gecəsi yardıma ehtiyacı olan uşaqlar üçün 500 min kun vəsait toplanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar