Messilərin evinə silahlı basqın
12 Aprel 2011 Çərşənbə Axşamı 12:20
İnsident zamanı məşhur futbolçunun anası və böyük qardaşı mənzildə olub
Argentina yığma komandası və “Barselona” klubunun futbolçusu Lionel Messinin böyük qardaşının yaşadığı evə silahlı basqın olub. ANS PRESS-in İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, naməlum şəxslər Matias Messinin yaşadığı evə motosiklərlə hücum edərək 9 mm-lik çaplı silahla atəş açıblar. Silahlı hücum zamanı Messinin anasının da evdə olduğu və divarlarda 4 güllə izi tapıldığı bildirilir.

Xatırladaq ki, Messi ailəsinin Argentinadakı işlərinə rəhbərılik edən Matias 2008-ci ildə qanunsuz silah saxlama maddəsi ilə ittiham edilsə də sonradan ona qarşı ittiham geri götürülmüşdü.




DOSTLARINLA PAYLAŞ:

oyunlar