Messidən bəd xəbər var
03 Aprel 2013 Çərşənbə 11:12
Futbolçunun dizaltı vətərində problemlər yaranıb.
“Barselona”nın argentinalı legioneri Lionel Messi 3 həftə komandasından ayrı qala bilər. ANS PRESS-in “sports”a istinadən verdiyi xəbərə görə, Çempionlar Liqasının 1/4 final mərhələsində Fransanın “PSJ” klubuna qarşı keçirilən oyunda zədələnərək meydandan çıxarılan argentinalı futbolçu artıq tibbi müayinədən keçib.
Əgər növbəti dəfə ətraflı tibbi müayinədən sonra diaqnoz dəyişdirilməsə, futbolçu PSJ ilə cavab matçını və İspaniya çempionatının “Malorka”, “Saraqosa” və “Levante” klubları ilə oyunları buraxa bilər.
Xatırladaq ki, PSJ ilə görüşün 38-ci dəqiqəsində qola imza atan Messi zədələnərək meydanda çıxarılıb. Onun dizaltı vətərində problemlər yarandığı bildirlir. Qaşılaşma isə heç-heçə ilə bitib: “Barselona” 2:2 “PSJ”.
DOSTLARINLA PAYLAŞ: