“Atletiko”nun qapısına vurulan hər üç topun müəllifi argentinalı hücumçu olub
İspaniyanın “Barselona” klubu futbol üzrə İspaniya çempionatında 16-cı ardıcıl və 11-ci böyük hesablı qələbəsini qazanıb.
Xosep Qvardiolanın yetirmələri “Nou Kamp”da Madridin “Atletiko” klubuna şans verməyiblər. Qarşılaşmanın əsas qəhrəmanı “Barselona”nın argentinalı hücumçusu Lionel Messi olub. Qarşılaşmadakı üç qolun hamısını (17-ci, 29-cu və 79-cu dəqiqələr) məhz o vurub. Qolların ikisində David Vilya assistent kimi çıxış edib.
Bu, “Barselona”nın ölkə çempionatındakı 22 qarşılaşmada 20-ci qələbəsi idi. Komanda turnir cədvəlinə liderlik edir və əsas təqibçisi “Real”ı 10 xal qabaqlayır. Amma “Kral klubu”nun ehtiyatda bir oyunu var.