Messi yenə “Qızıl top”a sahib çıxdı
10 Yanvar 2012 Çərşənbə Axşamı 10:21
Lionel Messi karyerası ərzində üçüncü dəfə fəxri mükafatı şəxsi muzeyinə aparıb.
“Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi 2011-ci ilin ən yaxşı futbolçusu üçün nəzərdə tutulmuş “Qızıl top” mükafatına sahib çıxıb. ANS PRESS-in “Reuters” asgentliyinə istinadən verdiyi məlumata görə, təqdimat mərasimi İsveçrənin Sürix şəhərində keçirilib.
Lionel Messi bununla karyerası ərzində üçüncü dəfə “Qızıl top” mükafatına sahib çıxıb. “Qızıl top” dünya yığmalarının baş məşqçi və kapitanları həmçinin jurnalistlərin səsverməsi nəticəsində sahibinə qovuşub. 2011-ci ilin ən yaxşı baş məşqçisi isə “Barselona” klubunun çalışdırıcısı Xosep Qvardiola seçilib.
Qeyd edək ki, indiyədək karyeraları ərzində yalnız Yohan Kroyf, Marko van Basten və UEFA-nın hazırki prezidenti Mişel Platini üç dəfə “Qızıl top”u qazanıblar.
DOSTLARINLA PAYLAŞ: