Messi yaşıl meydanlardan uzaq düşəcək
24 İyul 2012 Çərşənbə Axşamı 16:41
Futbolçu Messi zədəli olduğu üçün bir müddət oynamayacaq.
İspaniyanın "Barselona" klubunun argentinalı ulduzu Lionel Messi zədələnib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Messinin ayağında problem yaranıb.

Bunun la bağlı olaraq futbolçu "Barselona"nın Almaniyanın "Hamburq" klubu ilə oynanacaq hazırlıq matçında forma geyinə bilməyəcək. Sağ ayağında ağrılar olan Messinin nə qədər müalicə ediləcəyi açıqlanmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar