Messi səfir oldu
23 Aprel 2010 Cümə 12:25
Futbolçu Messi Çinin “Chery” avtomobil markasını dünyaya tanıdacaq.
2009-cu ilin ən yaxşı futbolçusu Lionel Messi Çinin “Chery” avtomobil şirkətinin beynəlxalq səfiri olub. Bu barədə məlumat şirkətin nümayəndələri tərəfindən Çinin paytaxtı Pekin şəhərində keçirilən avto-şouda səsləndirilib.

Avto-şouda “Chery”nin alternativ yanacaqla işləyən avtomobil markaları da daxil olmaqla 29 yeni modeli təqdim olunub. 1997-ci ildə yaradılmış şirkət Messinin köməkliyi ilə illik satış sayını 100 minədək artırmağı planlaşdırır.

23 yaşlı Messi həmçinin “Chery”nin birinci sinfə məxsus olan Riich avtomobilini də ictimaiyyətə tanıdacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar