Messi “Qızıl buts” aldı
30 Oktyabr 2012 Çərşənbə Axşamı 01:34
Argüntinalı hüçumçu ötən mövsüm Avropanın ən məhsuldar bombardiri olub.
“Barselona” və Argentina millisinin hücumçusu Lionel Messi Avropa çempionatlarının ən yaxşı bombardirinə verilən “Qızıl buts” mükafatını alıb.

2011/12 mövsümündə argentinalı futbolçu İspaniypa çempionatında 50 qol vurub və fəxri mükafata layiq görülüb. Ümumilikdə Lionel Messi ötən mövsümdə 82 dəfə fərqlənib.

Qeyd edək ki, Lionel Messi əsas rəqibi - İspaniya çempionatında 46 qol vuran “Real”ın futbolçusu Kriştianu Ronaldunu qabaqlayıb.

Mükafatlandırma mərasimi Barselonada keçirilib. Mükafatı Lionel Messiyaya 1960-ci ilin “Qızıl top” mükafatının sahibi və 1964-cü ilin Avropa çempionu tanınmış ispaniyalı futbolçu Luis Suares təqdim edib.

Beləliklə, Lionel Messi karyerasında ikinci dəfə “Qızıl buts” almış olub. O, ilk dəfə 2010-cu ildə bu mükafatı almışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar