Messi özünü göstərə bilmədi
12 İyun 2010 Şənbə 21:15
Messi özünü göstərə bilmədi. Argentina ilk qələbəsini Messinin rolu olmadan qazandı.
Bu gün Dünya çempionatında Bakı vaxtı ilə saat 19:00-da başlayan Argentina-Nigeriya matçı minimal hesablı fərqlə başa çatıb. Çoxlarının bu çempionatın qalibi kimi gördüyü Argentina millisi çoxsaylı imkanlardan cəmisi bir dəfə fərqlənə bilib. Oyunun 6-cı dəqiqəsində argentinalı Hayntse künc zərbəsini başı ilə Nigeriya millisinin qapısına göndərə bilib.

Argentinanın bütün oyununu Messinin üzərində quran Maradonanın taktikası bir o qədər də uğurlu alınmayıb. Dünya çempionatının ən yaxşı hücumçusu adına namizədlərdən biri hesab olunan Messi nəinki oyunda fərqlənə bilməyib, onun üçün yaradılmış çoxsaylı imkanların heç birindən səmərəli istifadə edə bilməyib.

Əsasən uzaq məsafədən birbaşa qapıya vurulan zərbələrə hesablanmış taktika Nigeriya millisinə də uğur gətirməyib. Alman hakim Volfqanq Ştarkın idarə etdiyi matç 94 dəqiqədən sonra 1-0 hesabı ilə Argentina yığmasının xeyrinə başa çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar