Messi Maradonaya yol göstərdi
14 İyul 2010 Çərşənbə 16:50
Futbolçu Messi baş məşqçini öz postunu tərk etməməyə çağırıb.
Argentina yığma komandasının futbolçusu Lionel Messi seçmə komandanın baş məşqçisi Diyeqo Maradonanı öz postunu tərk etməməyə çağırıb. Diyeqo Maradona Dünya Çempionatı-2010 bitdikdən sonra istefa verəcəyini bildirsə də hələ ki, rəsmən bu addımı atmayıb.

Messi Maradonaya yol göstərsə də, son qərarın onun özü tərəfindən verilməli olduğunu da bildirib. Messi özünün Dünya Çempionatı-2010-da çox uğursuz çıxış etdiyini bildirib.

Xatırladaq ki, Argentina yığma komandası mundialın 1/4 final mərhələsində Almaniya seçmə komandasılna 0:4 hesabı ilə uduzaraq mübarizəni dayandırımışdı. Messi isə turniri bir qol belə vura bilmədən tərk etmişdi. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar