Messi, İbrahimoviç yoxsa, Neymar?
19 Noyabr 2011 Şənbə 20:40
İlin ən yaxşı qoluna namizəd futbolçuların adı bəlli olub.
FİFA Ferents Puşkaş mükafatına namizəd futbolçuların adlarını açıqlayıb. ANS PRESS-in məlumatına görə, 2011-ci ilin ən yaxşı qolunu müəyyənləşdirmək məqsədilə FİFA-nın rəsmi saytında sorgu keçirilib. Sonda sorğuda bu futbolçular mükafata namizəddir:

1. Bencamen de Selar ("Lokeren" - "Brügge")
2. Covanni dos Santos (Meksika - ABŞ)
3. Ueyn Runi ("Mançester Yunayted" - "Mançester Siti")
4. Deyan Stankoviç ("İnter" - "Şalke")
5. Xulio Qomeş (Meksika - Almaniya, gənclər yığmaları)
6. Lionel Messi ("Barselona" - "Arsenal")
7. Zlatan İbrahimoviç ("Leççe" - "Milan")
8. Xiter Orili (Abş - Kolumbiya, Qadınlar)
9. Neymar ("Santos" - "Flamenqo")
10. Lisandro Lopes ("Olimpik" Lion - "Arsenal")

Qalibin adi 2012-ci il yanvarIn 9-da açıqlanacaq.

Qeyd edək ki, ötən il bu mükafata Türkiyə millisinin üzvü Həmid Altıntop laiq görülüb. Altıntopun Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstan yığmasının qapısına vurduğu qol, 2010-cu ilin ən yaxşı qolu seçilmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar