Messi ən yaxşı deyil
20 Dekabr 2012 Cümə Axşamı 12:28
Futbolçunu ölkəsində 3-cü ən yaxşı idmançı hesab edilir.
"Barcelona"nın argentinalı ulduzu Lionel Messi ölkəsində "ilin idmançısı" sorğusunda qalib ola bilməyib. ANS PRESS-in məlumatına görə, sorğu "Circulo de Periodistas" (Argentinalı Jurnalistlər Cəmiyyəti) tərəfindən aparılıb.

Siyahıya bokscu Serxio Martinez və taekvandoçu Sebastiyan Krismaniç başçılıq edir. Messi isə ancaq 3-cü pillədə qərarlaşa bilib.

Martinez 72,5 kq çəki dərəcəsində meksikalı Julio Cesar Çavezə qarşı matçda sol əlinin sınmasına baxmayaraq 12 raunda kimi mübarizə aparıb, qələbə çalmışdı. Krismaniç isə Argentinaya Londonda keçirilən Olimpiyadada yeganə qızıl medal qazandırmışdı.

Lionel Messi bu il 90 qol vuraraq 1972-ci ildə alman Herd Müllerə aid olan 85 qolluq rekordu qırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar