Messi daha iki mükafat qazandı
05 Oktyabr 2010 Çərşənbə Axşamı 14:20
“Marca” qəzeti futbolçunu yenə digərlərindən fərqləndirib.
“Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi nüfuzlu “Marca” qəzetinin təsis etdiyi iki mükafata birdən sahib çıxıb. Futbolçu ötən mövsümün yekunlarına əsasən ən məhsuldar futbolçu üçün ayrılmış “Trofeo Piçiçi” və ən yaxşı futbolçu üçün ayrılmış “Trofeo Di Stefano” mükafatlarını qazanıb.
Messi karyerası ərzində ikinci dəfə “Trofeo Di Stefano” mükafatına sahib çıxıb.

“Barselona” klubunun digər üzvü Viktor Valdes isə ötən mövsümün yekunlarına görə ən yaxşı qapıçı üçün nəzərdə tutulan Zamora mükafatını alıb.

“Barselona” klubunun baş məşqçisi Xosep Qvardiola ən yaxşı məşqçi seçilib. “Atletiko” klubunun baş məşqçisi Kike Sançes Flores də “Atletiko” klubu ilə Avropa Liqasını qazandığına görə xüsusi mükafat qazanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar