Messi borcunu ödeyecek
05 Sentyabr 2013 Cümə Axşamı 11:25
Argentinalı futbolçu Messi vergilerini keçirecek.
"Barselona"nın ulduz futbolçusu Lionel Messi gəlirlərini vergi orqanlarından gizlətdiyinə görə, İspaniya büdcəsinə 5 milyon avro ödəmək məcbüriyyətində qalıb.
ANS PRESSS Goal.com-a istinadən məlumatına görə, argentinalı futbolçu və atası 2006 - 2009-cu illərdə gəlirlərindən 4 milyon avro həcmində vergini ödəməkdən yayınıb. İlk vaxtlar futbolçu vergi orqanlarının iddialarını təkzib edirdi Artıq istintaq araşdırmaları Messinin 5 016 542.27 avronu vergidən gizlətdiyini təsdiq edib. Məhkəmənin Messi və atasının sözügüdən məbləği ödəməli olduğu barədə qərar verəcəyi gözlənilir.
Dünyada ən çox qazanan futbolçulardan biri olan Lionel Messinin 6 milyon avronu ödəməyə hazır olduğunu bildirib. Senytyabrın 17-də Lionel Messi və atasının məhkəməyə gedəcək. Və bu formal xarakter daşıyacaq.
DOSTLARINLA PAYLAŞ: