Messi Barcelona klubunda debat edəcək
05 Noyabr 2011 Şənbə 18:55
Argentinalı futbolçu Messi karyerasını doğma klubunda başa vurmaq istəyir.
İspaniyanın “Barcelona” klubunun argentinalı futbolçusu Leonel Messi karyerasını elə bu klubda başa vurmaq istədiyini deyib. ANS PRESS-in məlumatına görə, Messi Almaniyanın “Bild” qəzetinə musahibəsində klubunu yüksək gəlir əzəvinə belə tərk etmək fikrində olmadığını deyib.

”Bütün karyeramı “Barsa”da keçirmək istəyirəm. Yüksək məbləğdə pul təklifi məni fikrimdən daşındıra bilməz. Amma, əgər yaxşı formada olmadığımı görsəm və ya klub məni öz heyətində görmək istəməzsə komandadan gedə bilərəm”, deyə Mess bildirib.

O, həmçinin bundan sonra da komandası ilə bütün kuboklara yenidən sahib olmaq istədiyini bilidirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar