"Barselona" "Sülh turnesi" çərcivəsində Fələstinə səfər edib
İspaniyanın birinci futbol liqası (La Liqa) komandalarından olan "Barselona" Yaxın Şərqdəki sülh prosesinə dəstək nümayiş etdirmək üçün Fələstinə səfər edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, futbolçuları Beytul-Lahim şəhərində Fələstin Muxtariyyatının rəhbəri Mahmud Abbas qəbul edib.
Komandanın təhlükəsizliyi üçün minə yaxın polis ayrılıb.
Bundan əlavə komanda üzvləri "sülh turnesi" çərçivəsində Qüdsdəki Ağlama divarınıda ziyarət ediblər. Messi, Neymar, Xavi, Iniesta, Pique kimi ulduzları görə bilmək üçün yerli sakinlər bölgəyə axın ediblər. Ulduzlara burada rəsmilər tərəfindən xüsusi baş örtüyü olan "kipa" taxılıb.
Qeyd edək ki, sülh prosesinə dəstək üçün Fələstin millisi - "Barselona" matçının keçirilməsi planlaşdırılırdı.
Bundan əlavə "Barselona" üzvləri İsrail prezidenti Şimon Presin verdiyi qəbulda da iştirak etməli, daha sonra isə baş nazir Benyamin Netanyahu ilə görüşməli idilər.