Məşqçinin qazancı nazirə pis təsir edib
08 Dekabr 2009 Çərşənbə Axşamı 16:05
Məşqçinin qazancı nazirə pis təsir edib. Raymon Domenek il ərzində 800 min avro qazanır.
Fransanın iqtisadiyyat naziri Kristin Lagarde yığmanın baş məşqçisi Raymon Domenekin gəlirlərindən şoka düşüb. Radio proqramlarından birinə qatılan Lagarde Fransa Futbol Federasiyası tərəfindən məşqçiyə ödənən məbləğin fantastik olduğunu bildirib. İqtisadiyyat naziri idmanda belə böyük pulların dövr etməsinin çox pis olduğunu da vurğulayıb.
Xatırladaq ki, Fransa yığma komandasının baş məşqçisi Raymon Domenek 2010-cu il Dünya çempionatının seçmə mərhələsi boyu federasiyadan 800 min avrodan çox mükafat alıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: