Məşhur türkiyəli futbol mütəxəssisi Rıdvan Dilmən saxlanılıb
06 Aprel 2010 Çərşənbə Axşamı 13:15
Rıdvan Dilmən 36 iş adamı ilə birlikdə nəzarət altına alınıb.
Türkiyə yığmasının sabiq futbolçusu, hazırda idman şərhçisi kimi çalışan Rıdvan Dilmən saxlanılıb. Məşhur futbol mütəxəssinin həbsinə nə səbəb olduğu barədə məlumat verilmir. Rıdvan Dilmənin daha 36 nəfər iş adamı ilə birlikdə nəzarət altına alındığı bildirilir.

Digər məşhur futbol mütəxəssisi olan Tanju Çolakın da, polis şöbəsinə gələrək ifadə verdiyi bildirilir. Ancaq Tanju Çolakın ifadəsi alındıqdan sonra o, sərbəst buraxılıb.

Saxlanılanlardan qeyri-qanuni telefon dinlənilməsi məsələsi ilə bağlı ifadə alındığı deyilir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar