Məşhur peşəkar boksçu əməliyyat olunur
23 Avqust 2010 Bazar Ertəsi 12:55
Nikolay Valuyevin bundan sonra karyerasını başa vuracağı gözlənilir.
Rusiyalı ağırçəkili peşəkar boksçu Nikolay Valuyev əməliyyat olunacaq. Bu məlumatı boksçunun həkimi Valter Vaqner Almaniyanın “Bild am Sonntag” qəzetinə bildirib. Nikolay Valuyev kürək sümüyü və sağ əlinin oynağından əməliyyat olunacaq.
Boksçunun həkimi Valuyevin əməliyatdan sonra yarım il məşqlərdən kənar qalacağını deyib. Ola bilsin ki, Nikolay Valuyev bundan sonra ümumiyyətlə karyerasını başa vurmağa məcbur olacaq.
Xatırladaq ki, Nikolay Valuyev peşəkar boksçu karyerası ərzində 52 döyüş keçirərək bunların 50-də qələbə qazanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: