Məşhur məşqçi Covanni Trapattoni zəhərləndi
10 Avqust 2010 Çərşənbə Axşamı 16:15
Covanni Trapattoni xəstəxanaya yerləşdirilib.
Futbol üzrə İrlandiya yığma komandasının baş məşqçisi Covanni Trapattoni xəstəxanaya yerləşdirilib. Baş məşqçinin zəhərləndiyi bildirilir. Hazırda Trapattoninin vəziyyəti sabitdir.

Baş məşqçi İtaliyada yediyi dəniz ilbizindən hazırlanmış qidadan zəhərləndiyini iddia edib. Hələ ki, Covanni Trapattoninin əvəzinə İrlandiya yığmasını onun köməkçisi Marko Tardelle çalışdırır.

Xatırladaq ki, İrlandiya seçmə komandası sabah Argentina millisi ilə yoldaşlıq görüşü keçirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar