Məşhur idmançının həkimi qaçaqmalçılıqda ittiham olunur
17 Dekabr 2009 Cümə Axşamı 11:15
Məşhur idmançının həkimi qaçaqmalçılıqda ittiham olunur. Entoni Qalea dopinq qalmaqalında şübhəli bilinir.
Məşhur qolf ustası Tayqer Vudsun həkimi kanadalı Entoni Qalea dopinq qaçaqmalçılığında ittiham olunur. Qalea həmçinin idmançıları istifadəsi qadağan olunmuş preparatlarla təmin etməkdə də təqsirləndirilir.

Xatırladaq ki, həkim bir vaxtlar üzgüçülük üzrə dördqat olimpiya çempionu ABŞ təmsilçisi Dara Torres və 100 metr məsafəyə qaçışda dünya rekordu vurmuş kanadalı Donovan Beyli ilə çalışıb.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar