Məşhur futbolçunun atası dava saldı
16 Dekabr 2009 Çərşənbə 11:45
Rodni Riçard oğlunun şəklini çəkmək istəyən fotoqrafı təhqir edib
Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Kolin Kazımın atası jurnalisti döyməyə cəhd edib.
İstanbul restoranlarından birində oğlunun sevgilisi və dostu ilə nahar edən Rodni Riçard onların şəklini çəkmək istəyən müxbiri hədələyərək döymək istəyib. Riçardın ətrafında olanlar onu saxlamağa müvəffəq olublar. Futbolçunun atası bu dəfə jurnalisti təhqir etməyə başlayıb.

Rodni Riçard ifadə vermək üçün Polis İdarəsinə aparılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar