Məşhur futbolçu Samuel Eto xəstəxana tikdirir
14 Dekabr 2011 Çərşənbə 17:41
Samuel Eto`О bunun üçün 730 min avrosundan keçməli olacaq
Mahaçqalanın “Anji” klubunun kamerunlu futbolçusu Samuel Eto`О doğma Nqambe şəhərində xəstəxana tikmək fikrinə düşüb. ANS PRESS-in məlumatına görə, futbolçu bunun üçün 80 milyon Afrika frankından (təqribən 120 min avro-red.) məbləğində keçməli olacaq. Kamerunlu futbolçu yaxın aylarda bu məqsədlə daha 400 milyon frank (təqribən 610 min avro-red.) ödəniş edəcək.

“Bu şəhərin sakinləri tibbi yardım almaq üçün çox uzaqlara getməli olur. Ona görə bu addımı atmağa qərar verdim”, - deyə Samuel Eto`О bildirib.

Qeyd edək ki, Nqambe şəhərinə ən yaxın xəstəxana Kamerunun iqtisadi mərkəzi sayılan Duale şəhərində yerləşir ki, buraya məsafə 100 km-dən artıqdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar