Məşhur futbolçu Maradona telekanal açır
08 Yanvar 2010 Cümə 20:55
Maradonanın kanalı gələn həftədən yayımlanacaq
Əfsanəvi futbolçu və futbol üzrə Argentina yığma komandasının hazırkı baş məşqçisi Diyeqo Maradona şəxsi televiziya və internet kanalını açmaq qərarına gəlib.

Yerli mətbuatın yaydığı məlumata görə, telekanal gələn həftə istifadəyə veriləcək. Lakin yeni kanalın hansı tezlikdə və hansı şəkildə yayımlanacağı barədə məlumat verilmir.

Həmçinin kanalın hansı formatda olacağından da hamı xəbərsizdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar